“Faydalı toplanış və oyun keçirdik”

Bu gün “Qəbələ” ilə keçirilən yoxlama oyunundan sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:

“Hazırlıq prosesi istədiyimiz kimi keçdi, plana uyğun toplanışı başa vurduq. Oyunda da nəyi planlaşdırmışdıqsa, yerinə yetirdik. Hər hissədə fərqli heyətlə oynadıq. Bütün futbolçulara şans verdik, onlar da tapşırıqları yerinə yetirməyə çalışdılar. Bir sözlə, nəticədən asılı olmayaraq, faydalı toplanış və oyun oldu. Ən əsası matçı zədəsiz başa vurduq. Zədə üzündən toplanışa qatılmayan Orxan Əliyev və İsmail Azzaui Bakıda komandaya qoşulacaq və rəsmi oyunlara qədər tam hazır olacaqlar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button