Fərid Qayıbov “Qarabağ”ın bazasını ziyarət etdi

Gənclər və İdman Naziri Fərid Qayıbov “Qarabağ” klubunun bazasını ziyarət edib.

Komanda.az xəbər verir ki, klub prezidenti Tahir Gözəl naziri bazada futbolçular üçün yaradılmış şəraitlə tanış edib.

Fərid Qayıbov çıxışında komandanı Konfrans Liqasında tarixi uğura nail olaraq, pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib, səmimi qarşılanmaya görə minnətdarlığını bildirib.

Tahir Gözəl qonağa dəvəti qəbul etdiyi və “Qarabağ” barədə xoş sözlər səsləndirdiyi üçün təşəkkür edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button