Qayıbov “Dövlət qulluğunda fərqlənməyə görə” medallarını təqdim etdi

Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasın əvvəlində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş dövlət qulluqçularına – Fəqan Səfərov, Ağahüseyn Hüseynov, Ramin Məmmədov, Emil Əmirmətov, Zaur Abbasov, Azər Kərimli, Ramiz Mahmudov, Əhliman İbrahimova müvafiq medalları və döş nişanlarını təqdim edən gənclər və idman naziri Fərid Qayıbov onları təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.

Nazir Fərid Qayıbovun sədrliyi ilə keçən Kollegiya iclasında 2023-2024-cü illər üçün Azərbaycan Respublikasının Vahid İdman Təsnifatı müzakirə edilərək qəbul olunub. Həmçinin futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatı Məktəbinin Əsasnaməsi yeni redaksiyada təsdiq edilib.

İclasda həmçinin gənclər və idman sahəsində bir sıra layihələrin təqdimatı müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button