“Fənərbaxça”nın sabiq üzvü karyerasını bitirdi

Türkiyə milli komandasının sabiq müdafiəçisi Gökhan Gönül peşəkar futbolçu karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, 38 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

Gökhan son olaraq “Rizəspor”un formasını geyinib. O, 2021-ci ilin yayında “Fənərbaxça”dan ayrılaraq bu kluba keçmişdi.

Sağ cinah müdafiəçisi bu iki klubdan başqa “Beşiktaş” və “Hacettepe” klublarında da forma geyinib. O, Türkiyə millisində də 66 oyuna 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button