“Fənərbaxça”nın prezidenti cəzalandırıldı

“Fənərbaxça” klubunun prezidenti Ali Koç Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılıb.

Komanda.az xəbər verir ki, federasiya tərəfindən ona 30 günlük cəza, 20 min TL məbləğində cərimə kəsilib. Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.

Cəzaya “Fənərbaxça” prezidentinin idmançıya yaraşmayan açıqlamalar verməsi səbəb göstərilir.

Ali Koçla yanaşı, “Kayserispor”un vitse-prezidenti Mehmet Çakmak da oxşar açıqlamalar səbəbi ilə 45 günlük cəzalandırılıb, 30 min TL cərimə olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button