“Fənərbaxça”nın legioneri karyerasını başa vurur

“Fənərbaxça”nın futbolçusu Leonardo Bonuççi bu gün karyerasını başa vuracaq.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, bu barədə 37 yaşlı müdafiəçi özü məlumat verib.

Beləliklə, bu gün “Fənərbaxça”nın Türkiyə Superliqasının sonuncu turunda “İstanbulspor”la qarşılaşması İtaliya millisinin sabiq üzvünün futbolçu kimi sonuncu oyunu olacaq.

Bonuççi bu ilin yanvarından “Fənərbaxça”da oynayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button