“Fənərbaxça”nın futbolçusu rəsmən Rusiya klubunda

Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Kemal Ademi karyerasını Rusiyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçu “Ximki” klubuna keçib.

Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Ademinin “Ximki” ilə müqavilə bağladığı diqqətə çatdırılsa da, sözləşmənin müddəti açıqlanmayıb. Futbolçu yeni komandasında “9” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Ximki”də azərbaycanlı hücumçu Kamran Əliyev çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button