Özil kimi Serxio Ramosa bənzətdi?

“Fənərbaxça”nın futbolçusu Məsut Özil klubun yeni transferi Kim Min-Çjeni vaxtı ilə “Real”da birlikdə oynadığı Serxio Ramosa bənzədib.

Komanda.az xəbər verir ki, bu barədə türk əsilli almaniyalı futbolçu Cənubi Koreya mətbuatına açıqlamasında deyib:

“Kim keyfiyyətli və xarakterli futbolçudur. Komandaya tez uyğunlaşacaq. Azarkeşlərimizin də onu sevəcəyini düşünürəm. Meydanda yaxşı mübarizə aparır və soyuqqanlıdır. O, mənə Ramosu xatırladır”.

“Fənərbaxça” Kim Min-Çjeni Çinin “Beytsin Qoan” klubundan transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button