“Fənərbaxça”nın futbolçusu La Liqada – 14 milyon avro müqabilində

“Fənərbaxça”nın 2017-ci ildə 180  min avro müqabilində “Rabotniçki”dən heyətinə qatdığı Elif Elmas karyerasını İspaniyada davam etdirəcək.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İspaniya La Liqasında mübarizə aparan “Atletiko” 19 yaşlı futbolçunun transferi üçün “Fənərbaxça” ilə razılığa gəlib. Orta sahə futbolçusu ilə hərtəfəli razılıq əldə edən Madrid klubu, bu keçid üçün “bülbüllər”ə 14 milyon avro ödəyəcək.

“Atletiko” rəsmilərinin bir neçə gün sonra İstanbula gedəcəyi və bu transferi yekunlaşdıracağı deyilir.

“Mançester Siti”, “Tottenhem”, “Napoli” və “İnter” kimi klubların da yaxından maraqlandığı futbolçu, bu mövsüm iştirak etdiyi 40 oyunda 4 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button