“Fənərbaxça”nın futbolçusu İtaliya klubu ilə razılaşıb

“Fənərbaxça”nın futbolçusu Rayan Kent “Latsio”ya keçir.

Komanda.az “NTV Spor”-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi ilə İtaliya klubu razılığa gəlib.

Kent tezliklə yeni klubunda tibbi müayinədən keçəcək. İngiltərəli yarımmüdafiəçi mövsümün ikinci yarısını “Latsio”da keçirəcək.

Rayan Kent mövsümün əvvəlində, “Reyncers”lə müqaviləsi bitdikdən sonra azad agent statusu ilə “Fənərbaxça”ya keçib. O, “Fənərbaxça”da 15 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button