“Milan” “Fənərbaxça”ya “yox” dedi

“Fənərbaxça” “Milan”dan Rikardo Rodriqesi heyətinə qatmaq istəyir.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi isveçrəli müdafiəçini icarə əsasında heyətinə qatmaq üçün “Milan”a təklif göndərib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Milan”ın Rodriqesi birdəfəlik satmaq istədiyi üçün “Fənərbaxça”ya “yox” dediyi bildirilib.

“Milan” İsveçrə millisinin də şərəfini qoruyan müdafiəçini sataraq, pul qazanmaq istəyir. 27 yaşlı futbolçuyla “Napoli”, “Uotford” və PSV də yaxından maraqlanır.

Rodriqes bu mövsüm A Seriyasında 5 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button