“Fənərbaxça” məhkəməni uduzdu: 840 min avro ödəyəcək

Sabiq futbolçusu Yassin Benziyanın Türkiyənin “Fənərbaxça” klubundan FİFA-ya etdiyi şikayət təmin olunub.

Komanda.az xəbər verir ki, ali futbol qurumu 2018/19 mövsümündə “sarı-lacivərdli” formanı icarə əsasında geyinmiş əlcəzairli hücumçunun xeyrinə qərar çıxarıb.

26 yaşlı forvarda 45 gün ərzində maaşı, bonusu və pul cərimələri də nəzərə alınmaqla, 840 min avro ödənilməlidi. İstanbul təmsilçisinin qərardan apellyasiya verəcəyi bildirilir.

Qeyd edək ki, hazırda Fransa “Dijon”unun formasını geyinən Yassin Benziya “Fənərbaxça”da “Lill”in oyunçusu kimi çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button