Fərid Nəbiyevli “Viktoriya”ya 1 qol bəs etdi

Futbol üzrə Çexiya 2-ci divizionunda 19-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Usti nad Labem”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.

19 turdan sonra 26 xala malik “Viktoriya” 7-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda bir oyunu var.