“Arsenal”dan ayrılan Məsut Özilin “Fənərbaxça”yla müqavilə imzalayacağı vaxt müəyyənləşib.
Komanda.az xəbər verir ki, Özil sabah İstanbul klubu ilə müqaviləyə imza atacaq. Müqavilənin sabah imzalanacağı, futbolçunun təqdimatının isə yanvarın 26-da keçiriləcəyi bildirilir. Müqavilənin imzalanma vaxtının gecikməsi İstanbula yeni gedən Özilin karantin müddəti ilə bağlı olub.
Özilin “Fənərbaxça” ilə 3,5 illik müqaviləyə imza atacağı gözlənilir.