“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı

“Fənərbaxça” ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin müdafiəçisi Marsel Tisserand sıradan çıxıb.

O, “Sivasspor”la səfər oyununda zədələnib. Sözügedən matçın 8-ci dəqiqəsində zədələnən mərkəz müdafiəçisi oyunu davam etdirə bilməmişdi.

Artıq ətraflı tibbi müayinədən keçirilən 28 futbolçunun əzələsində yırtıq aşkarlanıb. Onun azı 2-3 həftə yaşıl meydanlardan uzaqda qalacağı ehtimal olunur.

Marsel Tisserandın “Qalatasaray”la derbi də daxil olmaqla bir neçə oyunu buraxması gözlənilir. “Fənərbaxça”nı İstanbul derbisindən öncə “Kayserispor”, “Rizəspor” və “Hatayspor”la da oyunlar gözləyir.

Qeyd edək ki, “Fənərbaxça” – “Qalatasaray” matçı fevralın 6-da keçiriləcək.