“Fənərbaxça” Lövlə razılaşdı

“Fənərbaxça”nı yeni mövsümdə çalışdıracaq mütəxəssisin adı məlum olub.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin “sükan”ı Yoahim Lövə tapşırılacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, “Fənərbaxça”nın yeni mövsüm üçün alman mütəxəssislə razılaşdığı bildirilib.

Löv “Fənərbaxça”da illik 5 milyon avro qazanacaq. 61 yaşlı mütəxəssisin müqaviləsinin müddəti isə açıqlanmayıb.

“Fənərbaxça”nı mövsümün sonuna qədər İsmayıl Kartal çalışdıracaq.