“Fənərbaxça”da koronavirus şoku – 2 yoluxma

“Fənərbaxça”nın kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.

Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə avqustun 13-də bütün futbolçu, məşqçi heyətindən, eləcə də klubda çalışan digər şəxslərdən götürülən testlərdən ikisində nəticənin pozitiv çıxdığı diqqətə çatdırılıb. Onlardan biri futbolçu, digər isə texniki heyətdəndi. Virus aşkarlanan hər iki şəxs öz evində karantinə alınıb və onlar xüsusi nəzarətə götürülüblər.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button