“Fənərbaxça”da ciddi itkilər

Türkiyənin “Fənərbaxça” klubu ciddi itkilərlə üzləşib.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi Dieqo Perotti zədələnib. “Beşiktaş”la keçirilən çempionat oyununda (3:4) sıradan çıxan futbolçu dizindən zədələnib. Həmçinin, Perottinin əzələsində yırtıq da aşkar edilib. Onun bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Bundan başqa, komandanın digər zədəli futbolçuları – Maurisio Lemos və Kemal Ademinin də vəziyyətinə aydınlıq gəlib. Hər iki futbolçunun əzələsində yırtıq aşkarlanıb.