“Fənərbaxça”da argentinalı futbolçu – RƏSMİ

Türkiyənin “Fənərbaxça” klubu növbəti trasferini gerçəkləşdirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Trabzonspor”la müqaviləsinin müddəti başa çatan Xose Sosanı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Argentinalı yarımmüdafiəçi İstanbul nəhəngi ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 35 yaşlı futbolçu Türkiyədə “Beşiktaş”ın da formasını geyinib. Geridə qalan mövsümdə 29 oyuna 9 qol, 7 məhsuldar ötürmə müəllifi olan Sosa, karyerası ərzində “Bavariya”, “Napoli”, “Atletiko”, “Milan” kimi komandalarda da oynayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button