“Qalatasaray” evdə, “Arsenal” səfərdə uduzdu

Avropa Liqasında 1/16 mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Türkiyənin turnirdəki iki təmsilçisindən biri olan “Fənərbaxça” “Zenit”i (Rusiya) qəbul edib. İstanbulda baş tutan qarşılaşmada meydan sahibləri minimal hesabla qalib gəliblər.

1/16 final mərhələsinin digər oyunları bu gün keçirilib. Türkiyənin turnirdəki digər təmsilçisi “Qalatasaray” öz meydanında “Benfika”yla qarşılaşıb. İstanbul klubu bu oyundan məğlub ayrılıb.

İngiltərənin “Arsenal”ı BATE-ni, İtaliyanın “İnter”i isə “Rapid”i sınağa çəkib. “Topçular” Borisov səfərində minimal hesabla uduzublar. Milanlılar isə səfərdən minimal hesabla qalib ayrılıblar. İtaliyanın digər təmsilçisi “Latsio” da “Sevilya” ilə ev oyununda minimal hesabla məğlub olub.

“Çelsi” səfərdə “Malmö” ilə üz-üzə gəlib. Londonlular bu qarşılaşmada çətin qələbəyə seviniblər.

Avropa Liqası, 1/16 final, ilk oyunlar

12 fevral

Fənərbaxça (Türkiyə) – Zenit (Rusiya) 1:0
Qol: Slimani, 21.

14 fevral

Krasnodar (Rusiya) – Bayer (Almaniya) 0:0

Qalatasaray (Türkiyə) – Benfika (Portuqaliya) 1:2
Qol: Diane, 54 – Salvio, 27-pen. Seferoviç, 64.

Latsio (İtaliya) – Sevilya (İspaniya) 0:1
Qol: Ben Yedder, 22.

Rapid (Avstriya) – İnter (İtaliya) 0:1
Qol: L.Martines, 39-pen.

Renn (Fransa) – Betis (İspaniya) 3:3
Qol: Hunou, 2. X.Qarsiya, 10-öz qapısına. Ben Arfa, 45-pen – Lo Selso, 32. Sidney, 62. D.Laynes, 90.

Slaviya (Çexiya) – Genk (Belçika) 0:0

BATE (Belarus) – Arsenal (İngiltərə) 1:0
Qol: Draqun, 45.

Olimpiakos (Yunanıstan) – Dinamo (Ukrayna) 2:2
Qol: Koka, 9. J.Dias, 40 – Buyalski, 28. Verbiç, 89.

Brügge (Belçika) – Zalsburq (Avstriya) 2:1
Qol: Densvil, 64. Uesli, 81 – Yunuzoviç, 17.

Malmö (İsveç) – Çelsi (İngiltərə) 1:2
Qol: Kristiansen, 80 – Barkli, 30. Jiru, 58.

Seltik (Şotlandiya) – Valensiya (İspaniya) 0:2
Qol: Çerışev, 42. Sobrino, 49.

Sportinq (Portuqaliya) – Vilyarreal (İspaniya) 0:1
Qol: Pedraza, 3.

Sürix (İsveçrə) – Napoli (İtaliya) 1:3
Qol: Kololli, 83-pen – İnsinye, 11. Kallexon, 21. Zelinski, 77.

Şaktyor (Ukrayna) – Ayntraxt (Almaniya) 2:2
Qol: Marlos, 10-pen. Tayson, 67 – Hinteregger, 7. Kostiç, 50.

Viktoriya (Çexiya) – Dinamo (Xorvatiya) 2:1
Qol: Perniça, 54; 83 – Olmo, 41.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button