“Qalatasaray” səfərdən 1 xalla döndü

Türkiyə Super Liqasında 30-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda lider “Başakşəhər” öz meydanında “Göztəpə”ni sınağa çəkib. İstanbul təmsilçisi bu oyunda 2 cavabsız qolla uduzmaqla qızıl medallara sahib çıxmaq şanslarını azaldıb.

Şənbə günü üç oyun baş tutub. “Rizəspor” – “Sivasspor” matçında hesa açılmayıb. “Antalyaspor” – “Ərzurumspor” oyunu da heç-heçə başa çatıb.

Turun mərkəzi görüşündə “Fənərbaxça” doğma azarkeşləri önündə “Trabzonspor”u qəbul edib. İstanbul təmsilçisi bu oyunda məğlubiyyətdən son anda xilas olub.

“Bursaspor” – “Akhisarspor” matçında qapılara qol vurulmayıb. “Kayserispor”la “Alanyaspor” da hərəyə 1 qolla 1 xala razılaşıblar. “Beşiktaş” isə “Ankaragücü” ilə ev oyununda darmadağına sevinib.

Son oyun günündə “Yeni Malatyaspor” doğma meydanda “Kasımpaşa” ilə üz-üzə gəlib və qələbəyə sevinib. Səfərdə “Konyaspor”la qarşılaşan “Qalatasaray” isə bu görüşdə xal itkisi ilə üzləşib.

Türkiyə Super Liqası, 30-cu tur

26 aprel

Başakşəhər – Göztəpə 0:2
Qol
: Jerom, 7. D.Kadah, 85.

27 aprel

Antalyaspor – Ərzurumspor 1:1
Qol
: M.Erdinc, 13 – Sunu, 54-pen.

Rizəspor – Sivasspor 0:0

Fənərbaxça – Trabzonspor 1:1
Qol
: Valbuena, 90 – Y.Yazıçı, 16.

28 aprel

Bursaspor – Akhisarspor 0:0

Kayserispor – Alanyaspor 1:1
Qol
: Varela, 9 – Koker, 23.

Beşiktaş – Ankaragücü 4:1
Qol
: B.Yılmaz, 8; 63. Vida, 54. Lyayiç, 81 – Saçko, 79-pen.

29 aprel

Konyaspor – Qalatasaray 0:0

Yeni Malatyaspor – Kasımpaşa 2:1
Qol
: A.Böyük, 42. R.Yalçın, 69 – Koyta, 84.

Bombardir: Mbaye Diane (Qalatasaray) – 28 qol.