“Eyndhoven”dən Ozan Canlı qələbə

Futbol üzrə Niderland birinci divizionunda 4-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Telstar”la qarşılaşıb və 1:0 hesabıyla qalib gəlib.

Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.

“Eyndhoven” hazırda 7 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button