“Buna görə üzr istəyirəm, and içirəm ki, bunu məqsədli şəkildə etməmişəm” FOTO

İtaliyanın “Yuventus” klubunun futbolçusu Əmrə Can etdiyi hərəkətlə diqqət çəkib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “qoca sinyora”nın azarkeşlərindən biri “tvitter”də yarımmüdafiəçini “tağ” edərək, oyundan əvvəl isinmə hərəkəti edən zaman topu onun üzərinə vurduğunu, nəticədə eynəyinin sındığını yazıb. Almaniyalı futbolçu isə etdiyi hərəkətin qarşılığı olaraq, xanım azarkeşə forma təklif edib:

“Buna görə üzr istəyirəm, and içirəm ki, bunu məqsədli şəkildə etməmişəm. Sənə imzalı “Yuventus” forması göndərməklə, bunu düzəldə bilərəm? Mənə mesaj yaz, razılığa gələk”.