Ançelotti “Yuventus”dan onu istəyir

“Yuventus”un heyətində kifayət qədər şans qazanmayan Əmrə Can daha bir Premyer Liqa klubunun hədəfindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Everton” almaniyalı futbolçunu heyətinə qatmaq niyyətindədir. Mersisayd klubunun baş məşqçisi Karlo Ançelottinin orta sahəni Canla gücləndirmək istədiyi bildirilir.

“Everton” 25 yaşlı futbolçu üçün “qoca sinyora”ya 30 milyon funt-sterlinqlik təklif göndərməyə hazırdır.

Bir müddət öncə “Mançester Yunayted” Cana təklif göndərmiş, lakin əvvəllər “Liverpul”un şərəfini qorumuş yarımmüdafiəçi Mersisayd klubunun rəqibinə transfer olumaq istəmədiyi üçün bu təklifdən imtina etmişdi.

Əmrə 2014-2018-ci illərdə “Liverpul”un şərəfini qoruyub.

Bu mövsüm “Yuventus”la 7 oyuna çıxan yarımmüdafiəçinin müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button