Xames Rodriqes üçün Türkiyə variantı

“Everton”un futbolçusu Xames Rodriqes karyerasını Türkiyədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi ilə “Başakşəhər” klubu maraqlanır. Bu barədə Fransanın “Foot Mercato” nəşri məlumat yayıb. Xəbərdə, İstanbul klubunun Rodriqesi 2022-ci ilin yayına qədər icarəyə götürmək istədiyi bildirilib.

Xames “Everton”dan əvvəl “Real” və “Bayern”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button