“Everton”dan “Barselona”nın futbolçusuna təklif

“Barselona”nın müdafiəçisi Hektor Bellerin karyerasını İngiltərənin Premyer Liqa klublarında davam etdirmək istəmir.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, yanvarda ispan futbolçuya Premyer Liqadan bir neçə təklif gəlib. Onlardan biri İngiltərə Premyer Liqasında yerini qorumaq üçün mübarizə aparan “Everton”dandır.

“Barselona”dan əvvəl Bellerin 2014-2021-ci illərdə “Arsenal”da çıxış etmişdi. 2021-ci ildən 2022-ci ilə qədər futbolçu bir illik icarə əsasında “Betis”də forma geyinib.

2022-ci ilin sentyabrında ispaniyalı “Barselona” ilə bir illik müqavilə imzalayıb. Onun performansı klub rəhbərliyini qane etmir. Kataloniyalılar yayda futbolçu ilə yollarını ayırmağı planlaşdırır.

Bellerin bu mövsüm 7 oyun keçirib və qol vurmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button