“Everton” uduzdu, azarkeşləri məğlubiyyətə sevindi FOTO

“Mançester Siti”nin Premyer Liqanın 27-ci turu çərçivəsində səfərdə “Everton”u məğlub etdiyi matçda (2:0) maraqlı hadisələr yaşanıb.

Komanda.az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri komandalarının məğlub olmasına gözlənilməz reaksiya veriblər. Belə ki, Mersisayd təmsilçisinin azarkeşlərinin bir qismi “Mançester Siti”nin vurduğu qollardan sonra sevinib.

Komandalarının məğlubiyyətinə sevinən azarkeşlər, matçdan sonra da sosial şəbəkə hesablarında məğlubiyyəti qeyd ediblər.

“Everton” azarkeşlərinin sevinməsinə səbəb kimi, Mersisaydın digər təmsilçisi “Liverpul”un çempion olmasını istəməmələri göstərilib.

“Mançester Siti” bu qələbəylə xallarının sayını 62-yə çatdıraraq, turnir cədvəlində “Liverpul”un liderliyinə şərik olub. “Liverpul” “şəhərlilər”dən bir oyun az keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button