“Everton” PSJ-yə yenə “yox” dedi

PSJ-nin “Everton”un futbolçusu İdrissa Queyeni transfer etmək istədiyini xəbər vermişdik.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, qış transfer pəncərəsinin son günündə Paris təmsilçisindən 30 milyon avroluq təklif alan “Everton”, bu təklifdən imtina edib.

İngiltərə klubu PSJ-nin daha əvvəl etdiyi 25 milyon avroluq təklifini də rədd etmişdi. Seneqallı futbolçu isə klub rəhbərliyinə komandadan ayrılmaq istədiyini deyib.

“Everton”un fransızlardan 50 milyon avro tələb etdiyi bildirilir.

Bu mövsüm 21 oyunda çıxış edən 29 yaşlı futbolçunun “Everton”la müqaviləsi 2022-ci ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button