“Bellingemə çox yaxın mənbədən onun “Real”a getmək istədiyini eşitdim”

“Tottenhem”in keçmiş baş məşqçisi Harri Rednapp “Borussiya”nın (Dortmund) yarımmüdafiəçisi Çud Bellingemin gələcəyi haqda danışıb.

Komanda.az “Beyond the Pitch”-ə istinadən xəbər verir ki, o, ingiltərəli futbolçunun İspaniya klubu “Real”a getmək istədiyini eşitdiyini deyib:

“Mən Bellingemə çox yaxın, etibarlı bir mənbədən onun “Real”a getmək istədiyini eşitdim”.

Öncədən İngiltərə millisinin üzvü ilə “Mançester Siti”, “Liverpul” və “Real”ın maraqlandığı bildirilirdi. Daha sonra “Liverpul”un mübarizədən geri çəkildiyi məlumatı yayıldı.

19 yaşlı futbolçu cari mövsümdə Dortmund təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 39 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button