Essyenə Afrikadan dəvət

“Səbail”in futbolçusu Maykl Essyenə Afrikadan dəvət gəlib.

Komanda.az “ghanasoccernet.com” saytına istinadən xəbər verir ki, qanalı yarımmüdafiəçi Nigeriyanın Akunvunmi ştatının qubernatorunun şərəfinə həsr olunan qarşılaşmaya dəvət alıb.

Afrika yığmasıyla Nigeriya millisinin sabiq futbolçuları arasındakı matç, mayın 18-də keçiriləcək. Afrikanın heyətinə Essyenlə yanaşı, Didye Droqba, Corc Vea və Samuel Eto kimi futbolçular da dəvət alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button