Ermənistanda keçiriləcək çempionat üçün sifariş ərizəsi təqdim edilib

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Ermənistanın paytaxtı Yerevanda keçiriləcək Avropa çempionatı üçün sifariş ərizəsini təqdim edib.

Komanda.az AAAF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, heyətdə kişilərdən İsa Rüstəmov (67), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq), qadınlardan isə Nazilə İsmayılova (49 kq) yer alıb.

Hələlik bu, ilkin siyahıdır və yarışa həmin idmançılardan kimlərin qatılacağı dəqiq deyil.

Yarış aprelin 15-dən 23-dək keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button