Eriksen Bekhemə çatdı

“Tottenhem” İngiltərə Premyer Liqasının 32-ci turunda səfərdə “Liverpul”a 1:2 hesabıyla məğlub olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisinin yeganə qolunun məhsuldar ötürməsini edən Kristian Eriksen, yeni uğura imza atıb.

Danimarkalı yarımmüdafiəçi ardıcıl 4 mövsümdür ki, Premyer iqada 10-dan çox məhsuldar ötürmə edir. Eriksen, Premyer Liqa tarixində bu göstəriciyə nail olan 2-ci futbolçudur. Ondan əvvəl Devid Bekhem ardıcıl 4 mövsüm 10-dan çox məhsuldar ötürmə ilə yadda qalıb. Bekhem 1997-2001-ci illər aralığında “Mançester Yunayted” formasıyla buna nail olub.

Eriksen 2013-cü ildən “Tottenhem”də forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button