Ronaldo ilə təkbətək söhbət

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq hücumçu Kriştiano Ronaldo ilə təkbətək söhbət edərək gələcəyini müzakirə etməyi planlaşdırır.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, söhbət Ronaldonun komandanın təlim-məşq toplanışına gəldiyi zaman baş tutacaq.

Futbolçunun klubun transfer siyasətindən narazı olduğu üçün “Mançester Yunayted”i tərk edə biləcəyi deyilirdi.

Ronaldo 2021-ci il avqustun sonunda “Mançester Yunayted”ə keçib. O, 2021/22 mövsümündə komandanın heyətində 38 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə edib. Hücumçunun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin