Eratın komandası darmadağınla növbəti mərhələdə

Futbol üzrə Türkiyə Kubokunda 3-cü təsnifat mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Toğrul Eratın formasını geyindiyi “Fatih Karagümrük” klubu da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Kahramanmaraşspor”la üz-üzə gəlib. Eratın komandası bu oyundan inamlı qələbə ilə ayrılıb və növbəti mərhələyə yüksəlib – 4:1.

Erat bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button