Ərəblərdən Nedvedə təklif
Keçmiş futbolçu Pavel Nedved “Əl-Şabab”ın rəhbərliyində vəzifə ala bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu çexiyalı funksionerin baş menecer təyin edilməsi ilə bağlı razılaşmaya yaxındır.
“Əl-Şabab” yanvarda müqavilə bağlamaq ümidi ilə keçmiş yarımmüdafiəçiyə çox sərfəli təklif edib.
Nedved 2015-2022-ci illərdə “Yuventus”un vitse-prezidenti, 2010-2015-ci illərdə isə Turin klubunun idarə heyətinin üzvü vəzifəsində çalışıb.
“Əl-Şəbab” 13 turdan sonra Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 6-cıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin