ÇL: “Nyukasl”ın oyunçuları fiziki cəhətdən çox güclüdürlər” – Luis Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasında “Nyukasl”la keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqib komandanın çox güclü olduğunu və intensiv oynadığını söyləyib:

“Nyukasl”ın oyunçuları fiziki cəhətdən çox güclüdürlər, komanda son dərəcə intensivdir və yüksək təzyiq göstərir. Buna hazır olmalıyıq. Bizim yanaşmamız matçdan matça dəyişmir. Rəqiblərin qapımızı təhdid etməsinin qarşısını almaq üçün topu meydanda onlar olan tərəfdə saxlamaq niyyətindəyik. Çempionlar Liqasında rəqiblərin səviyyəsi daha yüksək olsa da, hədəflərimiz dəyişməz olaraq qalır”.

PSJ – “Nyukasl” matçı noyabrın 28-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button