“Səhvlərimi bilirəm” – Yeni transfer

“Liverpul” İngiltərə kubokunun 1/32 final mərhələsində “Vulverhempton”la qarşılaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matçda Mersisayd təmsilçisinin heyətində debüt edən Kodi Qakpo ilkin təəssüratlarını bölüşüb:

“Enfild Roud”da əla atmosfer var. İlk matçımda həm yaxşı, həm də pis anlarım oldu. Səhvlərimi bilirəm. İnkişaf etməli və komandama kömək etməliyəm. Kifayət qol vura bilmədik. “Liverpul” nəyə qadir olduğunu göstərdi. İnkişaf edəcəyik. Cavab matçında əzmkar olmalı və sadəcə qələbəni düşünməliyik”.

İngiltərə kubokunun 1/32 final mərhələsinin “Liverpul” – “Vulverhempton” matçı bərabərliklə bitdiyi üçün (2:2) cütün qalibi cavab qarşılaşmasından sonra bəlli olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button