Etiraf etdi: İngilis dilinə görə komanda yoldaşlarını anlamır

“Lion”da icarə əsasında çıxış edən “Real”ın hücumçusu Endrik, ingiltərəli komanda yoldaşlarını anlamaqda çətinlik çəkdiyini etiraf edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingiltərəli futbolçular – Çud Bellingem və Trent Aleksander-Arnolddan danışıb:

“Bellingem və Aleksander-Arnold ingilis dilində danışanda onları başa düşməyə çalışıram. Amma bu, demək olar ki, mümkün deyil”.

Endrikin iyul ayında “Real”a qayıtması və mövsümöncəsi hazırlıqda iştirak etməsi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button