Ən dəyərli yetirmələrə malik 10 klub – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzinə (CIES Football Observatory) görə, “Barselona” akademiyasının yetirmələrinin, klubla müqaviləsi olan futbolçularının (icarələr də daxil olmaqla) ümumi bazar dəyəri 738 milyon avro təşkil edir və bu göstərici dünya üzrə ən yüksəkdir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin ən dəyərli yetirməsi sağ cinah hücumçusu Lamin Yamaldır – onun qiyməti 335 milyon avrodır.

Ən dəyərli yetirmələrə malik top-10 klub:

“Barselona” – 738 mln avro, ən dəyərli: Lamin Yamal (335 mln avro)

“Mançester Siti” – 286 mln avro, ən dəyərli: Nikо O’Rayli (92 mln avro)

“Bayern” – 284 mln avro, ən dəyərli: Camal Musiala (87 mln avro)

“Real” – 256 mln avro, ən dəyərli: Alvaro Karrerаs (79 mln avro)

“Arsenal” – 235 mln avro, ən dəyərli: Maylz Luis-Skelli (80 mln avro)

“Çelsi” – 222 mln avro, ən dəyərli: Livay Koluill (67 mln avro)

“Atletik” – 211 mln avro, ən dəyərli: Nikо Uilyams (53 mln avro)

“Real Sosyedad” – 205 mln avro, ən dəyərli: Jon Martin (35 mln avro)

PSJ – 204 mln avro, ən dəyərli: Uorren Zair-Emeri (87 mln avro)

“Atletiko” – 186 mln avro, ən dəyərli: Pablo Barrios (87 mln avro)

Bu rəqəmlər göstərir ki, “Barselona” yalnız gənc oyunçular yetişdirməkdə deyil, onları dünya səviyyəli qiymətlərlə formalaşdırmaqda da liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button