Emin oynadı, “Kalmar” xal itirdi

Futbol üzrə İsveç çempionatında 5-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Geteborq”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Emin də bu görüşün iştirakçısı olub. O, 87-ci dəqiqədə meydana buraxılıb.

“Kalmar” hazırda 6 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.