Emin Nurinin komandasından ilk qələbə

Futbol üzrə İsveç çempionatında 4-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Sundsval”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Emin də bu görüşün iştirakçısı olub. O, 90-cı dəqiqədə meydana buraxılıb.

Cari mövsümdə ilk qələbəsini qazanan “Kalmar” hazırda 5 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button