Emil Balayevin komandasının oyunu təxirə salındı

Futbol üzrə Qazaxıstan Premyer Liqasında “Akjayık” və “Turan” komandaları arasında keçirilməli olan 2-ci turun oyunu təxirə salınıb.

Komanda.az Qazaxıstan Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti və futbolçuların sağlamlığı üçün yüksək riskin olması göstərilib.

Hakimlər briqadası stadionun ot örtüyünü yoxladıqdan sonra matçın keçirilməməsinə qərar veriblər.

Oyunun başqa tarixə ertələnməsi qərara alınıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlamalı idi.

“Turan” komandasının məşqçisi Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadov, qapıçısı isə Emil Balayevdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button