Emil Balayev məğlubiyyətlə başladı

Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” klubu Türkiyənin Antalya şəhərində yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Qazaxıstan təmsilçisi Cənubi Koreyanın “Daejeon Sitizen” klubu ilə qarşılaşıb. 2-ci liqa təmsilçisiylə görüşdə “Tobol” rəqibinə 1:2 hesabıyla məğlub olub.

Emil bu matçda start heyətdə meydana çıxıb.

Balayev yanvarda azad agent kimi “Tobol”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button