Elxan Məmmədov TFF-nin prezidenti seçkisində iştirak edəcək 

FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Türkiyədə işgüzar səfərdədir.

Komanda.az xəbər verir ki, o, Türkiyə Futbol Federasiyasının (TFF) Növbədənkənar Seçki Konfransı və Maliyyə Baş Assambleyasında iştirak edir.

Konqresdə çıxış edən Məmmədov səfər çərçivəsində TFF-nin vitse-prezidenti, UEFA İcraiyyə Komitəsinin üzvü Sərvət Yardımçı və digər federasiya rəsmiləri ilə də görüşüb.

Bu gün TFF-yə yeni prezident seçiləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button