Elnur Əşrəfoğluna həsr edilən film – VİDEO

Mərhum jurnalist, idman şərhçisi Elnur Əşrəfoğlunun həyatından bəhs edən “90 dəqiqəlik oyunun 47-ci dəqiqəsi” adlı film ictimaiyyətə təqdim olunub.

Komanda.az xəbər verir ki, filmin müəllifi və rejissoru İman Məcidov bildirib ki, bu film gələcəkdə jurnalist olmaq istəyənlərə bələdçi ola biləcək səviyyədədir. O, filmin çəkilişləri zamanı həssas məqamlar yaşadığını da bildirib:

“Elnur Əşrəfoğlu çox yaxşı dost idi və onunla dostluğumuzun hər anı, hər dəqiqəsi bir film səhnəsinə bərabər idi. Və mənə elə gəlir ki, Elnur Əşrəfoğlu haqda lentə alınan bu film sadəcə o anların bir hissəsidir. Çalışmışam ki, filmdə Elnur Əşrəfoğlunu təkcə idman şərhçisi və jurnalist kimi yox, həm də etibarlı yoldaş olması kimi insani keyfiyyətlərini üzə çıxarım”.

Təqdimatda mərhum jurnalistin ailəsi də iştirak edib. Elnur Əşrəfoğlunun qardaşı Rəşad Şükürov filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə öz minnətdarlıqlarını bildiriblər. Sonda filmə baxış keçirilib.

Bizi Telegramda izləyin