Elmar Baxşıyev: “Komanda səbirsizliklə matçı gözləyir”

“Qəbələ” sabah Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”la ilk oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, Macarıstanda baş tutacaq görüş ərəfəsində “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev matç barədə fikirlərini klub saytına açıqlayıb:

“Fehervar”la oyun öncəsi komandada ab-hava yüksək səviyyədədir. Ən önəmlisi odur ki, heyətimizdə zədəli futbolçu yoxdur. Sabah meydanda əlimizdən gələni edəcəyik. “Qəbələ” həm öz azarkeşlərini, həm də bütün Azərbaycan xalqını sevindirməyə çalışacaq. Qarşılaşmaya hazırlığı yekunlaşdırmaq üzrəyik. Hamının tam oyuna köklənməsi sevindiricidir. Avrokubok görüşləri fərqli olur. Futbolçular planlaşdırdığımız səviyyədə hazırdır və bütün komanda səbirsizliklə matçı gözləyir. Ümid edirəm ki, sabah bunun davamını meydanda gətirəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button