Əliyar Ağayevin idarə etdiyi oyunda Mahirin komandası qalib gəldi

Azərbaycanlı hakim Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edib.

Komanda.az xəbər verir ki, FİFA referisi Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində baş tutan “Dinamo” (Zaqreb) – PAOK matçında ədaləti qoruyub. Qarşılaşma Mahir Emrelinin komandası olan Xorvatiya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağayev bu görüşdə 6 sarı vərəqə göstərib. O, hər komandanı 3 dəfə cəzalandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button