Elçin Məmmədov UEFA-nın iclasında iştirak edib

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərində yerləşən baş qərargahında Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü qismində iştirak edib.

Komanda.az xəbər verir ki, iclasda aşağıdakı məsələlər müzakirə olunub:

  • UEFA Klub Lisenziyalaşdırma və Maliyyə Dayanıqlığı üzrə yeniliklər;
  • Klub sahibliyi ilə bağlı məsələlər;
  • UEFA Həmrəylik Mexanizminin 2025/2026 mövsümü üçün tətbiqi;
  • UEFA Maliyyə Dayanıqlığı Qaydalarının keçid dövrünün başa çatması;
  • UEFA-nın tibbi və antidopinq tələbləri.

İclas zamanı müvafiq sahələr üzrə yenilənmiş qaydalar, 2025/2026 mövsümünə dair planlaşdırılan tədbirlər və klub futbolunun inkişafı ilə bağlı strateji istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button