“Əla oynadıq, lakin qalib gəlmək üçün kifayət etmədi” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının Çempionlar Liqasından kənarlaşdırılmasından sonra fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yaxşı oynadıqlarını, ancaq qələbə qazanmaq üçün yetərli olmadığını söyləyib:

“Oyunçularıma ürəkdən təşəkkür etmək istəyirəm. Amma futbol qələbədən ibarətdir. Əla oynadıq, lakin qalib gəlmək üçün kifayət etmədi. Bəzən penaltilər seriyasında qalib gəlirsən, bəzən isə yox. Oyun zamanı çox şansları qola çevirə bilmədik, amma çox yaxşı müdafiə olunduq. Mən qalib gəlməyə üstünlük verərdim, amma “Real”ı təbrik edirəm. Mümkün olan hər şeyi etdik, peşman olacağım heç nə yoxdur”.

Çempionlar liqasının 1/4 finalının “Real”la “Mançester Siti” arasında ilk oyunu heç-heçə (3:3) ilə nəticələnib. Cavab oyunu Madrid klubunun (1:1, penaltilər 4:3) qələbəsi ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button