“Biz heç vaxt təslim olmuruq” – Modriç

“Real”ın yarımmüdafiəçisi Luka Modriç La Liqanın 32-ci turunda “Barselona” üzərində qazanılan qələbəni (3:2) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandasının çıxışını yüksək qiymətləndirib:

“Bu, heyranedicidir. Bu qələbə bizi məqsədimizə, La Liqada çempionluğa daha da yaxınlaşdırır. Əla axşam, əla komanda performansı oldu. Biz heç vaxt təslim olmuruq. İki dəfə üstünlüyü əldən verdik, amma israrla təzyiq göstərməyə davam etdik. Və sonda təkrar-təkrar qalib gəldik. “Santyaqo Bernabeu”da əla axşam oldu”.

“Real” 81 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. “Barselona” 70 xalla ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button